“Bu tarixdə bayrağımızı Xankəndində asacağıq” - Mehdiyev
1-09-2023, 20:20

“Araikin “istefa”sı onunla bağlıdır ki, işdən üzüağ çıxmaq istəyir, bu gedişlə bayrağımızın Xankəndində asılacağını bilir”. Qarabağdakı ermənilərin 2 seçimi var - ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da köçmək.

AZİNFORM.AZ xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

“Çünki ən geci 2025-ci ildə hakimiyyət orqanları Xankəndinə girəcək. Amma belə bir əməliyyatın 2025-dən əvvəl də ola biləcəyi də gözlənilir. BMT TŞ-də Laçın yolu ilə bağlı məsələnin müzakirəsinin nəticəsi de-fakto bizim xeyrimizə çevrilib. Çünki dolayı olaraq TŞ Qarabağın Azərbaycan ərazisi olduğuna heç bir şübhə qoymayıb. 

Fərhad Mehdiyev separatçıların başçısı Araik Arutyunyanın “istefa”sına da toxunub:

Araikin istefası da onunla bağlıdır ki, işdən üzü ağ çıxmaq istəyir, bilir ki, bayrağımız bu gedişlə Xankəndidə asılacaq”.





up