Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub”.
AZİNFORM.AZ xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Sayalı Sadıqova deyib.
O bildirib ki, bununla bağlı bu günlərdə qərar qəbul olunub.
Artıq “Asan Xidmət” şöbələrinə müvafiq tapşırıqlar verilib:
“Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. “ASAN xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”.