Prezident Paşinyanın CAVABINI VERDİ - VİDEO
25-05-2023, 22:10
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib.

AZİNFORM.AZ xəbər verir ki, Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb.

Prezident İlham Əliyev isə bildirib ki, Zəngəzur dəhlizi ərazi iddiaları deyil, nəqliyyat kommunikasiyası mənasını daşıyır.

Paşinyanın Laçın yolunun qanunsuz bağlanması iddiasına cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda dövlət sərhədində keçid məntəqəsi yaradılıb və erməni millətindən olan istənilən ölkə vətəndaşı oradan təhlükəsiz keçə bilər. 






© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up