Vilayət Eyvazov bu rayonun rəisini işdən çıxardı
10-03-2023, 12:08

Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

AZNFORM.AZ xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. /apa/





up