Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu barədə AZİNFORM.AZ- a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
“Bu münasibətlə Əlaslan Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb”, – məlumatda qeyd edilib.
Daxili işlər naziri Vilayət Eyvazov digər əmri ilə şeyxin bacısı oğlu Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis təyin edib.
Əli Əsədullayev bir neçə gün əvvəl Nərimanov rayon Mühafizə İdarəsinə rəis müavini göndərilən Nasir Babayevin yerinə təyinat alıb.
Əsədullayev 13-cü polis bölməsinə rəis müavini 2019-cu ildə təyin edilmişdi. O, həmin bölmənin o vaxtlar rəis müavini işləyən, ölkədən qaçarkən həbs edilən Mehman Əsədovu əvəzləmişdi.
Ə.Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğludur. /paytaxt.org/
AZİNFORM.AZ