Türkiyədə zəlzələdə ölənlərin sayı 6 234 nəfərə çatıb - CANLI
8-02-2023, 11:33

Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

O, əlavə edib ki, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.





up