Onlar zəlzələdən sonra türk bayrağını yerdə qoymadılar - FOTO
7-02-2023, 20:16

Adıyamanda dağıntılar altında yerə düşən Türkiyə bayrağı yenidən asılıb. 
AZİNFORM.AZ xəbər verir ki, vətəndaşlar tərəfindən uçan binanın üzərinə iki türk bayrağı asılıb.
Yaxınlarının dağıntılar altından çıxarılmasını gözləyən vətəndaşlar heç vaxt belə təbii fəlakət görmədiklərini bildiriblər.
Dağıdıcı zəlzələnin ən çox zərər çəkdiyi vilayətlər arasında olan Adıyamanda qruplar dağıntılar altında qalan insanlara çatmağa çalışır. 
Dağıntılar qarşısında tonqal qalayan və yaxınlarının çıxarılmasını gözləyən yaşlı vətəndaşlar həyatlarında belə təbii fəlakət, zəlzələ görmədiklərini bildiriblər.

AZİNFORM.AZ





up