Türkiyənin bu hava limanları mülki uçuşlara bağlandı
6-02-2023, 22:17

Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələnin dağıntıları səbəbindən Qaziantep, Adana və Kahramanmaraş hava limanları mülki uçuşlara bağlanıb.

Buna səbəb zəlzələdən sonra axtarış-xilasetmə qrupları və yardım ləvazimatlarını daşıyan təyyarələrin bölgəyə vaxtında çatmasıdır.

Bildirilib ki, hava limanında yalnız yardım və axtarış-xilasetmə qruplarını daşıyan təyyarələrin qalxıb-enməsinə icazə verilir. (qafqazinfo)





up