Varşavada Rusiya səfirinə hücum olub
9-05-2022, 16:26

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bazar ertəsi Varşavanın Zvirki və Viqura küçələrində sovet əsgərlərinin hərbi xatirə qəbiristanlığına gül qoymağa cəhd edərkən hücuma məruz qalıb

AZİNFORM.AZ TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının səfiri, həyat yoldaşı və onu müşayiət edən bir qrup diplomat qırmızı boya ilə boyanıb və memoriala getməyə icazə verilməyib. Baş verənlərin videoyazısına görə, insanlar qəbiristanlığa toplaşaraq “Faşistlər!” şüarları səsləndiriblər və Sergey Andreevdən başqa bir neçə nəfər də onun üzərinə boya töküblər. 

Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis diplomatları mühasirəyə alaraq maşına mindirməyə kömək edib.





up