Şvarseneqqer Qorbaçovdan yazdı - Foto
31-08-2022, 15:14

Hollivud ulduzu Arnold Şvarseneqqer SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun ölümü ilə bağlı paylaşım edib.

Azinform.az xəbər verir ki, aktyor bu barədə tviter hesabında yazıb.

“Köhnə bir deyim var: “Qəhrəmanlarınızla heç vaxt görüşməyin”. Düşünürəm ki, bu, indiyə qədər eşitdiyim ən pis məsləhətlərdən biridir. Mixail Qorbaçov mənim qəhrəmanlarımdan biri idi və onunla görüşmək mənim üçün şərəf və sevinc idi”. Onu dost adlandırdığım üçün inanılmaz şanslıyam. Onun fantastik həyatından hamımız öyrənə bilərik” deyə, Şvarseneqqer paylaşımında bildirib.

Qeyd edək ki, M.Qarbaçov ötən gün 92 yaşında vəfat edib. O, Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunur. Məhz onun əmri ilə Sovet Ordusu Bakıya daxil olaraq dinc insanları qətlə yetirmişdi.|axsam.az|


 





up