"Azadlığı ölkəmizə Qorbaçov gətirib, deyəsən, hamı bunu unudub..."
24-07-2022, 18:32

"Onun həyat amalı sıfırlanıb, ilğıma dönüb, külə çevrilib..."

"Qorbaçov gedəndə NATO-nun Avropada 4 min nəfər çevik qüvvələri olub, gələn ilin sonuna bu rəqəm 300 minə çatacaq..."
 
"Putinin törətdiyi müharibə böyük yanlışlıqdır və məhz mənim ölkəm üçün fəlakətli nəticələrə səbəb olacaq..."
 
Qorbaçovun Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibəti necədir?..
 
Tarixdə SSRİ-nin yeganə prezidenti, SSRİ-nin sonuncu rəhbəri, ötən əsrin 80-ci illərində yenidənqurma prosesinə başçılıq etmiş Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin siyasətindən məyusdur.
 
Bu barədə "Forbs" nəşrinə Qorbaçovun yaxın dostu, "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov danışıb.
 
"Sizə deyə bilərəm ki, Qorbaçov dilxordur, təbii ki, hər şeyi anlayır. Azadlıq onun həyat amalı olub. Azadlığı bizə Qorbaçov bəxş edib. Rus pravoslav kilsəsinə azadlığı Qorbaçovun verdiyini hamı unudub. Söz azadlığı, mətbuat azadlığı-bunları Mixail Sergeyeviç Qorbaçov gətirib. İndi nə desin ki?"- Venediktov ritorik sual verib və əlavə edib ki, Mixail Sergeyeviçin siyasətinin bütün nailiyyətləri tamamilə məhv edilib.
 
"Qorbaçovun bütün islahatları sıfırlanıb, ilğıma dönüb, külə çevrilib. Məndən soruşanda ki, "Hər hansı göstərici varmı?", mən cavab verirəm:
 
 "Qorbaçov gedəndə, NATO-nun
 Avropada 4 min nəfər çevik qüvvələri olub. Hazırda NATO elan edib ki, gələn ilin sonuna 300 min nəfər olacaq". Yəni təhlükənin səviyyəsinə baxın! NATO qoşunlarının bizim sərhədlərimizdəki səviyyəsinə diqqət yetirin!"-Venediktov qeyd edib.
 
Jurnalistin özü Putinin törətdiyi müharibəni böyük yanlışlıq adlandırıb.
 
"Ukrayna yad ölkədir, mənim ölkəm Rusiyadır. Yanlışlıq məhz bundadır ki, məhz mənim ölkəm üçün bu müharibənin nəticələri dəhşətli olacaq", - Venediktov buna əmindir./moderator.az/




up