DİGƏR XƏBƏRLƏR
Məkanların birində məşhurlarla birgə oxuyub oynadığına görə tənqid olunan Finladiya Baş naziri Sanna Marinə qadınlardan dəstək gəlib.
AZİNFORM.AZ “Euronews Türkçe”yə istinadən xəbər verir ki, onlar rəqs videolarını sosial şəbəkələrdə “Solidarity with Sanna” (“Sanna ilə həmrəylik”) həştəqi ilə paylaşıblar.
Fin qadınlar videolarla Marinin rəqs etməyə və əylənməyə haqqı olduğunu dilə gətiriblər.
Qeyd edək ki, əyləndiyi zaman narkotikdən istifadə etməkdə ittiham olunan Sanna Marinin narkotik testi mənfi çıxıb.