Finlandiyanın Baş naziri narkotik testindən keçdi
20-08-2022, 09:08

Finlandiya hökumətinin başçısı Sanna Marin avqustun 19-u narkotik testindən keçib.

AZİNFORM.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib:

"Əvvəla, qeyd etmək istəyirəm ki, son günlər cəmiyyətdə mənim narkotikdən istifadə edilən yerdə olmağım və ya narkotikdən özüm istifadə etdiyim barədə ciddi ittihamlar səslənir. Bu gün mən narkotik testindən keçdim, nəticələri təxminən bir həftə sonra məlum olacaq" deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, Marin dostları ilə əyləndiyi videonun yayımlanmasından sonra sosial media istifadəçiləri tərəfindən sərt tənqid olunub. Baş nazir görüntülərdə digər insanların əhatəsində içki içir, rəqs edir və əylənir. Sosial şəbəkə izləyiciləri bu cür davranışın ölkənin Baş nazirinə yaraşmayan hərəkət hesab ediblər.





up