“4 adi Ukrayna təyyarəsi Dneprin sağ sahilindəki bütün “S-300” və “S-400”-ləri yer üzündən sildi”
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç Rusiyanın son zamanlar tez-tez əl atdığı şantaj vasitələrinin effekt verməyəcəyini bildirib.
O, qeyd edib ki, Kremlin nüvə şantajı, taxıl şantajı, yaxud Suvalsk dəhlizinin(Belarusu Kalininqradla birləşdirməli olan və Polşa, Litva ərzilərindən keçən dəhliz-red.) ələ keçiriləcəyinə dair hədə-qorxuları mənasızdır.
AZİNFORM.AZ xəbər verir ki, “Feyqin LIVE”-da danışan Arestoviç deyib ki, Rusiyanın şantajları keçməyəcək: “Nüvə şantajı ilə məşğul olmaq üçün tam axmaq olmalısan. Taxıl şantajı keçmədi, nüvə şantajı təşkil etmək qərarına gəldilər”.
Ekspert bildirib ki, Putin rejiminin böyük fəlakəti artıq qaçılmazdır. /azpolitika.info/
AZİNFORM.AZ