Həkim meymunçiçəyinə yoluxanı metroda aşkar etdi
1-08-2022, 20:53

Lakin xəstənin deyil, sərnişinlərin davranışı həkimi şoka salıb.

AZİNFORM.AZ-ın xəbərinə görə, Madrid metrosunda səhər saatlarında bir sərnişin tanınmış həkimin diqqətini cəlb edib. Həkim dərhal diaqnoz qoyub: bu kişi meymunçiçəyinə yoluxub.

Xəstənin şəklini çəkən həkim onun niyə əhali sıx olan yerə girdiyini soruşduqda cavab belə olub: xəstəliyimdən xəbərim var, həkim tapşırıb maska ilə gəzim. Mən ictimai nəqliyyatda oturmuram.

Həkim bu dəfə onun yanındakı sərnişinlərə hadisəyə nə üçün laqeyd yanaşdıqları soruşduqda cavabdan şoka düşüb: onlar iddia ediblər ki, meymunçiçəyinə yalnız cinsi azlıqlar yoluxur.

Həkim bundan sonra kiminləsə danışmağın əbəs olduğunu anlayıb. Lakin vicdanı onu rahat buraxmadığı üçün hadisədən 1 həftə sonra fotonu paylaşıb. /lent.az/





up