İstanbul boğazında hərəkət dayandırıldı - VİDEO
29-07-2022, 23:13

İstanbul boğazında hərəkət dayandırılıb.Buna səbəb Misirdən Bolqarıstana səyahət edərkən gəmidə yaranan nasazlıq olub.

Bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsinin sosial media hesabında məlumat verilib.

“Bələdçi kapitanımız və “KURTARMA-12” və “NAZIM TUR” yedək gəmilərimiz Misirdən Bolqarıstana səfər edən və Yavuz Sultan Səlim körpüsü yaxınlığında nasazlıq yaranan 134 metr uzunluğundakı “SPARTA” gəmisinə yönəldilib. Nasazlığın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb”, - deyə verilən açıqlamada bildirilib.

Nasazlıq səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.





up