Koronavirusa görə Yaponiya prefekturalarında ən yüksək təhlükə səviyyəsi elan edildi
28-07-2022, 02:33

Yaponiyanın ən böyük aqlomerasiyalarından biri olan Osakada koronavirus səbəbilə ən yüksək təhlükə səviyyəsi elan edilib.

Prefekturada gündəlik yoluxma halları rekord həddə - 25 762 nəfərə çatıb. Bir gün əvvəl bu göstərici 196 500 idi.

Bu səbəbdən təhlükə səviyyəsi apreldən bəri ilk dəfə “sarı”dan “qırmızı”ya doğru qaldırılıb.

Ümumiyyətlə, ölkənin 47 prefekturasının 14-də rekord sayda gündəlik yeni yoluxma qeydə alınıb.

Pandemiya başlayandan bəri Yaponiyada 11,7 milyon insan koronavirusa yoluxub, onlardan 32 mini vəfat edib.

AZİNFORM.AZ





up