3 yaşlı uşaq 29-cu mərtəbənin eyvanından yıxılaraq öldü
3-07-2022, 23:33

Nyu Yorkda üç yaşlı uşaq 29-cu mərtəbədəki yaşayış binasının eyvanından yıxılaraq ölüb.

AZİNFORM.AZ xəbər verir ki, yaralı körpəni üçüncü mərtəbənin eyvanında uzanmış vəziyyətdə tapıblar. 

Polis bildirib ki, uşağın ölümü "aktiv araşdırma" altındadır və polislər oğlan yıxılan zaman mənzildə olan şəxslərlə danışırlar.

"Biz inanırıq ki, uşaq pəncərədən çıxıb, lakin bunun necə baş verdiyi hazırda araşdırılır".





up