Dəhşətli hadisə: 1 yaşlı körpəni pəncərədən atdılar
3-06-2022, 22:00

Dayə 1 yaşlı körpəni pəncərədən atıb.
AZİNFORM.AZ  xarici mediaya istinadən xəbər verir ki, İtaliyada uşaq baxıcısı 13 aylıq körpəni pəncərədən atdığını etiraf edib.
Monica Santi adlı uşaq baxıcısı açıqlamasında "Mən uşağı pəncərədən atdım və niyə belə etdiyimi bilmirəm", - deyə bildirib.
 
Qadının müəyyən edilməmiş psixoloji pozğunluğu olduğu iddia edilib.
 
Qadın özü üçün psixiatrik müayinə tələb edib. Baş verən hadisədən sonra həbs edilən Santi adam öldürməyə cəhddə ittiham olunub.
Körpənin hələ də sağ olduğu və müalicəsinin Bolonya Maggiore Xəstəxanasında davam etdiyi, həyati təhlükəsinin davam etdiyi bildirilib. /azxeber.com/




up