TƏBİƏTİN QƏZƏBLİ ANLARI - Tornadonun dəhşətli görüntüləri yayıldı - VİDEO
2-07-2022, 21:02

Çinin cənub-şərqindəki Quanqdonq əyalətinin Çaoçjou şəhərində güclü tornado baş verib.

AZİNFORM.AZ xəbər verir ki, iyulun 2-də yerli sakinlər təbiətin dağıdıcı gücünün şahidi olublar.

Tornado şəhərdə çoxsaylı fəsadlar törədib: Evlərin damını qoparıb, elektrik xətlərini qırıb, bütöv binaları, anbarları dağıdıb.

Qeyd edə ki, bir gün əvvəl sinoptiklər səkkizinci səviyyəli fırtına xəbərdarlığı elan ediblər.



AZİNFORM.AZ



up