Təbii fəlakət yaşandı: 8 nəfər həlak oldu, yüz minlərlə ev işıqsız qaldı - VİDEO
23-05-2022, 14:25

Kanadanın Ontario və Kvebek əyalətlərində fırtına yaşanıb. 

AZİNFORM.AZ “Haber Global”a istinadən xəbər verir ki, fırtına nəticəsində  ən az 8 nəfər ölüb, çox sayda yaralı var.

Küləyin sürəti saatda 132 kilometrə çatıb. 

Rəsmilər fırtına nəticəsində Ottava bölgəsində 200 elektrik dirəyinin uçduğunu bildirib. Bu səbəbdən təxminən 1 milyon insan işıqsız qalıb.

Hər iki şəhərdə fövqəladə vəziyyət elan edilib.






up