Ukrayna hərbçiləri Xerson vilayətinin Potemkino kəndini azad etdi
30-06-2022, 23:31

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Potemkino kəndini işğalçılardan azad edib. Xersondan 140 kilometr aralıda yerləşir. Əməliyyat zamanı bir çox rus texnikası məhv olunub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücum zamanı ukraynalı hərbçilər düşmənin bir neçə əks-hücumunu dəf edib, düşmənin piyada döyüş maşınlarını və tanklarını sıradan çıxarıb, “Tiqr” zirehli avtomobilini məhv ediblər.





up