Vladimir Putinin nüvə çantasını daşıyan polkovnik öldürüldü - FOTO
22-06-2022, 23:27

Rusiya prezidenti Vladimir Putinin nüvə çantasını daşıyan keçmiş rusiyalı polkovnik Vadim Zimin evində hücuma məruz qalıb.

AZİNFORM.AZ xəbər verir ki, başından güllə yarası alan 53 yaşlı polkovnik təcili xəstəxanaya çatdırılsa da, vəziyyətinin ağır olduğu bildirilib.

Uzun illər Rusiya Federal Təhlükəsizlik Xidmətində xidmət edən Zimin ölkədaxili və xarici səfərlərində tez-tez Putini müşayiət edirdi. Mənbələrdən əldə edilən məlumata görə, Putinin ən çox güvəndiyi adın Zimin olduğu bildirilir,

Qeyd edək ki, Zimin nüvə sənədlərini daşımaq tapşırığını keçmiş prezident Boris Yeltsindən alıb. Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaq ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. 

 AZİNFORM.AZ






up