Klintondan yadplanetlilər barədə ŞOK AÇIQLAMA
19-06-2022, 10:30

CBS telekanalındakı tok-şouda ABŞ-ın keçmiş prezidenti Bill Klintona yadplanetlilər və 51-ci bölgə haqqında sual verilib.

AZİNFORM.AZ manset.az-a istinadən bildirir ki, o, həmin bölgədə yadplanetlilərin olub-olmamasını öyrənmək üçün əraziyə federal agentləri göndərdiyini etiraf edib.

Klinton prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqəti üzə çıxarmaq üçün hər cür cəhd etdiklərini bildirib.

"Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur", - ABŞ-ın keçmiş prezidenti əlavə edib.





up