Fransanın keçmiş prezidenti ilk dəfə evləndi
8-06-2022, 13:13

Fransanın keçmiş prezidenti Fransua Olland ilə kinoaktrisa Jüli Qayenin nikah mərasimi keçirilib.

AZİNFORM.AZ xəbər verir ki, mərasim Ollandın vaxtilə uzun müddət mer olduğu Tül şəhərində baş tutub.

Bunun, siyasətçi Segolen Royaldan 4 övladı olan 67 yaşlı sabiq Prezidentin ilk rəsmi nikahı olduğu bildirilir.

Xatırladaq ki, Fransua Olland 2012-ci ildən 2017-ci ilədək Fransanın prezidenti olub. Onu bu vəzifədə Emmanuel Makron əvəz edib.





up