İlk dəfə ərinin "Oskar" gecəsində vurduğu şillədən danışdı
3-06-2022, 02:20

94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smitlə aparıcı Kris Rok arasındakı gərginlikdən sonra aktyorun həyat yoldaşı Cada Pinket ilk dəfə məsələ ilə bağlı açıqlama verib.

AZİNFORM.AZ xəbər verir ki, "Red Table Talk" şousunda qonaq olan Cada mərasimdə ərinin şoumenə vurduğu şillənin bütün ailəsinin həyatına təsir etdiyini etiraf edib:

"Ümid edirəm ki, bu iki ağıllı, bacarıqlı insan yaşanan hadisəni müzakirə edib və barışacaq. Müasir dünyanın indiki vəziyyətini nəzərə alaraq, onların hər ikisinə və əslində hamımızın biri-birinə ehtiyacı var".

Qeyd edək ki, Smit Krisə şilləni həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafatından sonra vurub. Sosial mediada sürətlə yayılan görüntülərə görə aktyora haqq qazandıranlarla yanaşı hərəkətini pisləyənlər də olub.

Xarici mediada yayımlanan xəbərlərdə gecə "Kral Riçard" filmindəki roluna görə "Ən yaxşı aktyor" seçilən Uillin "Oskar"ının əlindən alına bilinəcəyi bildirilib. Kino Akademiyası isə məsələ ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

Daha sonra açıqlama yayan Smit hərəkətinə görə üzr istəyib.





up