Kann festivalının qalibləri onlar oldu - Siyahı
29-05-2022, 03:00

75-ci Kann Film Festivalı başa çatıb.

AZİNFORM.AZ  xəbər verir ki, gecədə festivalın baş mükafatı -  “Qızıl palma budağı” rejissoru Ruben Estlundanın "Kədər üçbucağı" filminə verilib. Bu nominasiya uğrunda ümumilikdə 21 film mübarizə aparıb.

"Ən yaxşı aktrisa" "Müqəddəs hörümçək" (rejissor Əli Abbasi) filmindəki roluna görə iranlı aktrisa Zar Əmir İbrahimi seçilib.

"Ən yaxşı aktyor" adına isə “Gözəl ulduzlar” (rejissor Hirokazu Kora-eda) filmindəki roluna görə aktyor Sonq Kanq-ho layiq görülüb.

"Ən yaxşı ssenari" üzrə qalib isveçli rejissor Tarik Salehin "Cənnətdən gələn oğlan" filmi, "Ən yaxşı rejissor işi" üzrə qalib isə koreyalı rejissor Park Çan-Vukun "Ayrılmaq qərarı" ekran işi olub.

Gecədə "Qran pri" mükafatı Lukas Dontun "Yaxın" filmi və Kler Denisin "Ulduzlar günorta" filminə verilib.

Həmçinin münsiflər heyətinin xüsusi mükafatını Yerji Skolimovskinin "Eeyore" adlı ekran işi və Feliks van Qroningenlə Şarlotta Vandermeersin "Səkkiz dağ" filmərinə görə təqdim olunub.

Festivalın 75 illik yubileyi şərəfinə hazırlanan xüsusi mükafatın sahibi isə Darden qardaşlarının "Tori və Lokita" filmi seçilib.





up