Moskvada Sibir soyuğu olacaq
3-12-2023, 20:13

Çərşənbə günündən etibarən Moskvada gecə -20-22, gündüz -15-16 dərəcəyə qədər şaxta gözlənilir.

“Bu temperatur Sibir üçün xarakterikdir, paytaxt üçün deyil. Moskvada bu həftə ən soyuq gecə cümə günü olacaq. Həmin vaxt havanın temperaturu gündüz -11-16, gecə -17-22 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından 10-15 dərəcə aşağıdır”, - Tişkovets bildirib.

Onun sözlərinə görə, həftə sonu havanın temperaturu bir qədər yüksələcək – gecə -13-18, gündüz -8-13 dərəcə olacaq.





up