Məşhur şəbəkə ilan ətli pizza satmağa başlayır
9-11-2023, 11:41

Amerikanın “Pizza Hut” fast-food şəbəkəsi Honq-Konqdakı ənənəvi restoranla razılaşaraq ilan ətindən hazırlanmış pizza satmağa başlayıb.

AZİNFORM.AZ bildirir ki, məşhur restoranlar şəbəkəsinin Honq-Konqdakı müştərilərinə təqdim etdiyi yeni pizzanın tərkibində ilan əti, qara göbələk və Çin vetçinası olacaq.

Bu məhsullar ənənəvi ilan güveç yeməyində də istifadə olunur.

İlan güveç, xüsusilə soyuq qış aylarında Honq-Konqda və Çinin cənubundakı bəzi bölgələrdə ən məşhur yeməklərdən biridir.

Əslində bölgədə işlənən bir deyimdə bu ifadələr yer alır: “İlan yemək üçün ən yaxşı vaxt payız küləklərinin əsməyə başladığı vaxtdır”.

Bu sözlər ilanların qış yuxusuna hazırlaşarkən qida saxlayaraq ət qazandıqları dövrü göstərir.

Pizza Hut-un ilan ətli pizza üçün ortaq olduğu Ser Wong Fun adlanan yer 1895-ci ildən bəri Honq Konqda xidmət göstərən ilan restoranıdır.

Məlumdur ki, ilanların istehlak üçün yetişdirildiyi Vyetnam və Tayland kimi Cənub-Şərqi Asiya ölkələrində ilan əti mətbəx mədəniyyətinin bir hissəsidir.

Keçən həftə satışa çıxarılan ilan pizzası ilə bağlı açıqlama verən restoranlar şəbəkəsinin Honq Konq şöbəsi, "Pendir və küp toyuq ilə birlikdə ilan ətinin dadı zənginləşir. Bu qidalandırıcı ət qan sürətini də artıra bilir."

Bir çox insanlar ilan ətinin müalicəvi təsirə malik olduğuna, dəri xəstəliklərinə xeyirli olduğuna və bədəni isitməsinə inanır. Ənənəvi Çin apteklərində ilan ətinin qan dövranını sürətləndirdiyi ümumi qəbul edilmiş bir inancdır.

Uşaqlığından ilan şorbasını çox sevdiyini bildirən Honq Konqlu Rachel Wong, "Təksturası toyuğa, dadı isə balıq və digər dəniz məhsullarına bənzəyir. Ona görə də qış aylarında bu yüksək protein yeməyi yeməyi çox sevirəm" dedi."

AZİNFORM.AZ





up