Ötən gün sosial media hesabında paylaşım edən və İsraildə ona hədə-qorxu gələn telefon zəngləri gəldiyini açıqlayan CNN Türk müxbiri Fulya Öztürkün sözləri sosial mediada böyük əks-səda doğurub.
AZİNFORM.AZ bildirir ki, İsrail-Fələstin müharibəsini yaxından izləyən və onu bütün reallığı ilə çatdıran jurnalist Fulya Öztürk ötən günki paylaşımında İsraildən ona hədə-qorxu gələn telefon zəngləri gəldiyini açıqlayıb. Fulya Öztürk Türkiyəyə qayıdıb.
Qayıdandan sonra canlı yayıma qatılan Öztürk “Əslində Xəlillə mən heç qayıtmaq istəmirdik, amma məcbur olduq. Keçən həftə Məscidül-Əqsada baş verənləri ilk yayımlayan kanal biz olduq. İsrail polisinin hücum anı yalnız CNN TÜRK-də olub. Nə oldusa bu verilişdən sonra oldu. Açığı, dünən ilk dəfə hədə almadım. “Bunu hamıdan gizlətdim”
“Həmin cümə günündən sonra bəzi İsrail Telegram kanallarında şəkillərim yayımlandı” deyən Öztürk, “Bunu bilirdim, amma susdum. Biz bütün riskli yerlərə girdik və baş verənləri izah etdik. Bu gün Türkiyəyə qayıtdıq. “İsrail əsgərləri və bölgədəki mülki şəxslər çətinlik yaratdılar, amma mənim fikrim hələ də oradadır.