Qəzzada 600 min insan susuz qalıb
20-10-2023, 19:15

İsrailin oktyabrın 11-də Qəzzanın su təchizatını kəsməsindən sonra Human Rights Watch təşkilatı 600 min insanın təmiz susuz qaldığını açıqlayıb. 

AZİNFORM.AZ xəbər verir ki, açıqlamada su, yanacağa və elektrik enerjisinə çıxışa icazə verilməməsinin insanların həyatını təhlükəyə atdığı vurğulanıb.

Human Rights Watch (HRW) X sosial platforma hesabındakı paylaşımında qeyd edib ki, İsrailin Qəzza zolağının blokadası fələstinli uşaqları və digər mülki insanları böyük risk altında qoyur.

Açıqlamada İsrailin oktyabrın 11-də Qəzzaya su verilişini kəsdiyi, 600 min insanı təmiz sudan məhrum etdiyi, su, yanacaq və elektrikə buraxılmamasının insanların həyatını təhlükəyə atdığı bildirilib.

Açıqlamada İsrailin Qəzzanı qeyri-qanuni blokadaya almasının uşaqlar üçün ölümcül olduğu qeyd edilib.

İsrailin energetika naziri Yisrael Katz oktyabrın 10-da verdiyi açıqlamada təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağına su axınının kəsildiyini bildirib.





up