İsrail ordusu 14 gündür tam blokadada olan Qəzza zolağına hücumlarını davam etdirərkən, Qəzzada dağıntılar hətta sərhədin İsrail tərəfdən də görünür. Bombardmana məruz qalan Qəzzada oktyabrın 7-dən bu yana 4 min 821 bina tamamilə dağıdılıb.
AZİNFORM.AZ bildirir ki, İsrail ordusu oktyabrın 7-dən blokadada olan Qəzza sektorunu intensiv şəkildə bombalayır.
Hava hücumları ilə başlayan İsrail ordusu sonrakı günlərdə də dənizdən və qurudan Qəzzaya bombalar atıb. 14 gündür fasiləsiz olaraq Qəzzanı bombalayan İsrail ordusu bölgədə ağır dağıntılara səbəb olub. Fələstin mənbələrinin məlumatına görə, oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində 4821 bina tamamilə dağılıb.
İsrailin hücumları nəticəsində Qəzzada baş verən böyük dağıntı sərhədin o biri tərəfindən adi gözlə görünə bilər.
İsrailin Sderot bölgəsindən Qəzzanın şimal sərhədinə yaxın bir çox binanın hücumlarda dağıdıldığı və ya ciddi şəkildə zədələndiyini görmək mümkündür.
Digər tərəfdən, İsrail ordusu Qəzzaya havadan, qurudan və dənizdən hücumlarını davam etdirir.
İndiyədək İsrailin hücumları nəticəsində 3478 fələstinli həyatını itirib, 12 mindən çox insan isə yaralanıb.
Facebook
Вконтакте
Одноклассники
Google+