İsrailin baş naziri Benyamin Netanyahu bu dəqiqələrdə açıqlama verib.
O, HƏMAS-ın bu gün səhər saatlarından İsrailə hücumu ilə bağlı verdiyi son açıqlamada Fələstinə daha bir xəbərdarlıq edib.
"Biz bütün ərəb torpaqlarını, HƏMAS-ın mövcud olduğu bütün bölgələri yerlə yeksan edəcəyik. Qəzza zolağındakı əhaliyə səslənirəm, dərhal o bölgəni tərk edin. Hər yeri bombalayacağıq. Misli görünməmiş dərəcədə bombardman edəcəyik." - , deyə Netanyahu qeyd edib.
Bundan başqa, İsrail ordusu Qəzza zolağı ilə sərhəddəki yaşayış məntəqələrini HƏMAS silahlılarından tamamilə təmizləyib və nəzarəti yenidən ələ keçirdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari isə bildirib ki, yaxın saatlarda ordunun bütün qüvvələrini Qəzzaya yeridiləcək.
Qeyd edək ki, bu saata qədər Qəzza zolağında ölən fələstinlilərin sayı 232-yə yüksəlib. İsrail tərəfinin verdiyi açıqlamaya görə, HƏMAS-ın terror hücumu nəticəsində ölənlərin sayı 100-ü keçib. /musavat.com/