“Dünyada COVID-19-a yoluxma halları 63% artıb” - ÜST
25-08-2023, 21:44

“İyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirus infeksiyasına yoluxub”.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Həmin müddət ərzində iki mindən çox insan dünyasını dəyişib.

Vurğulanıb ki, əvvəlki 28 günlə müqayisədə yoluxma sayı 63% artıb, ölənlərin sayı isə 48% azalıb.





up