Almaniyada avtobus qatarla toqquşdu: Çox sayda yaralı var
24-05-2022, 23:55

Almaniyanın cənubundakı Ulm şəhəri yaxınlığındakı Blaustein qəsəbəsində qatar və avtobus toqquşub.

AZİNFORM.AZ xəbər verir ki, toqquşmadan sonra relsdən çıxan qatarın sürücüsü və çox sayda sərnişin xəsarət alıb. Eyni zamanda, zərbənin təsirindən avtobus sürücüsü avtomobildən kənara düşərək ağır yaralanıb. Qəzadan sonra alovlanan avtobus tamamilə yanıb.





up