Qeyri-adi YARADILIŞ: 6 ayaqlı, 2 başlı buzov doğuldu - FOTO
21-08-2023, 23:36

Hindistanın Bihar əyalətinin Koldiha kəndində bir inək iki başlı, altı ayaqlı buzov dünyaya gətirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Hindistanın "News18" telekanalı məlumat yayıb.

Qeyri-adi yaradılış yerli sakinlərin böyük marağına səbəb olub. Çoxları bunu yuxarıdan gələn bir işarə hesab edirdi.

Möcüzəni görmək üçün ətraf kəndlərdən insanlar Koldixaya toplaşıblar. Heyvana qurban kəsiblər və buxur yandırıblar. /gundem.az/





up