AZİNFORM.AZ xarici KİV-ə istinadən bildirir ki, Meksikanın Duranqo əyalətində şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında döl aşkarlanıb.
Müayinə nəticəsində dölün 40 yaşa yaxın olduğu müəyyən edilib və həkimlər körpənin ektopik hamiləlik nəticəsində inkişaf etdiyini, lakin doğuşun olmaması səbəbindən qadının bətnində qaldığını bildiriblər.
Həkimlər dölün çıxarılması üçün istənilən cərrahi müdaxilənin qadının yaşına görə riskli olduğunu da bildiriblər.
Bu maraqlı hadisə tibbi ədəbiyyatda “ Litopedion ” kimi tərif edilir.
Daş körpə olaraq da adlandırılan və çox nadir hallarda görülən litopedion, ektopik hamiləlik zamanı körpənin ana bətnində ölməsi, ancaq bədəndən xaric edilə bilməməsi səbəbindən meydana gəlir.
Ana bətnində qalan körpənin bədəni zamanla kalsifikasiya edərək ananın zəhərlənməsinin qarşısı alınır.
AZİNFORM.AZ