Kanadalı müğənni-bəstəkar Martin Stivens (əsl adı Rocer Pryudom) vəfat edib.
69 yaşında dünyasını dəyişən ifaçının ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Martin 1978-ci ildə həmkarı Con Pol Yanqın "Love Is in the Air" istisna olmaqla fransız dilində mahnılardan ibarət debüt albomunu buraxıb. Mahnı ona 1979-cu ildə Juno Mükafatına "Ən yaxşı satılan sinqle" kateqoriyasında nominasiya qazandırıb.
O, "İlin kişi vokalisti" və "İlin diskoteka albomu" kateqoriyalarında "ADISQ" mükafatlarına namizəd olub. /axşam.az/