DİGƏR XƏBƏRLƏR
Dünyada insanların meymun çiçəyi xəstəliyinə yoluxması üzrə 92 təsdiqlənmiş və 28 şübhəli hal qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.
Hesabatda homoseksual kişilər arasında çox sayda infeksiya hallarının aşkarlandığına da diqqət çəkilib.
“Hazırda mövcud olan məlumatlara görə, yoluxma hallarının əksəriyyəti kişilərlə cinsi əlaqədə olan, ilkin tibbi yardım və cinsi sağlamlıq klinikalarına müraciət edən kişilər arasında aşkar edilib”, - deyə təşkilatın məlumatında qeyd olunub.