Ərdoğana qarşı ÇİRKİN PLAN - Qərbin məqsədi İFŞA OLDU
21-05-2023, 09:40

Avropada akademik araşdırmaları və qəzetləri təhlil edən “Modern Diplomacy” Qərb mediasının Ərdoğana qarşı siyasət yürütməsinin səbəblərini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, nəşr “anti-Ərdoğanizm”in altında yatan çirkin planı ortaya çıxarıb.

“Modern Diplomacy” yazır ki, Türkiyə liderinin əleyhinə yazılan yazılar ictimaiyyəti ona qarşı qaldırmaq məqsədi daşıyır:

“Kütləvi informasiya vasitələri hadisələrlə bağlı nəinki xəbərlər yaymaq, hətta ictimaiyyəti istədiyi səmtə çevirə də bilər. KİV-in ictimaiyyətə təsirini nəzərdən qaçırmaq olmaz. Mənfi xəbərlər nəticəsində insanlar Ərdoğanla bağlı həqiqətə uyğun olmayan xəbərlərə daha çox inanmağa başladı”.

Nəşr bu barədə oxuculara xəbərdarlıq da edib:

“Ərdoğanın siyasəti və rəhbərliyi ilə bağlı daha əhatəli məlumat əldə etmək lazımdır və bu, Qərbin xəbərləri ilə məhdudlaşmamalıdır. Qərb mediası Ərdoğana qarşı qərəzli siyasət yürüdür”.

“Modern Diplomacy” Avropanın bunu müxalifətə xeyir vermək üçün etdiyini bildirib:

“Ancaq hər qəzet Ərdoğan əleyhdarı deyil. Bəzi media orqanları Ərdoğanın uğurlarını və uğurlu siyasətlərini daha neytral gözlə qəbul edir”.  /musavat.com/ 





up