Ruslar ərzaq və mal alışını minimuma endirdi, ancaq araq satışında...
16-05-2023, 01:55

Rusiyada Ukraynada aparılan savaş başlayandan bəri yerli vətəndaşlar "kəmərlərini sıxmaqda" davam edir.

AZİNFORM.AZ xarici agentliklərə istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübünün nəticələrinə görə, Rusiya Federasiyasında pərakəndə ticarət dövriyyəsi illik ifadədə 7,3% azalıb.

Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatına görə, inflyasiya 7 dəfə azalıb və 2,5% səviyyəsindədir. Lakin bunun fonunda ərzaq satışının 3,4% azalması olduqca qəribə görünüb.

Hökumətin il üçün 20 milyard dollar qiymətləndirdiyi paralel idxal axınına baxmayaraq, qeyri-ərzaq məhsullarının satışı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 10,6% az olub.

MMI analitiklərinin hesablamalarına görə, real ifadədə - yığılmış inflyasiya nəzərə alınmaqla - Rusiyada pərakəndə satışının dövriyyəsi 2011-ci ilin səviyyəsindən aşağı düşüb.

2022-ci ildə Rusiyada pərakəndə satışın azalması spirt istisna olmaqla, bütün istehlak malları qruplarına təsir etdi. Bununla yanaşı, spirtli içkilərin satışının həcmi təkcə pulda deyil (11,2 faiz), litrlə də (0,7 faiz) artıb. Güclü spirtə tələbatda kəskin yüksəliş müşahidə edilir. Belə ki, araq satışı 2,4%, brendi - 7,6%, cin - 41% artıb. /musavat.com/





up