DİGƏR XƏBƏRLƏR
Nyu-York Federal Məhkəməsi İran əsilli ABŞ vətəndaşı Niləfər Bahadorifərini 4 il azadlıqdan məhrum edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İranlı qadın ABŞ-nin İrana qarşı sanksiyalarını pozmaqda və ABŞ-də yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.
Məhkəmənin hakimi çıxarılan hökmün ABŞ-də vətəndaşlara qarşı təxribat xarakterli hərəkətlər etmək niyyətində olanların hamısına mesaj olduğunu deyib.
Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir.