Dünyanın ən varlı insanlarının həyat yoldaşları, əsasən, ya böyük xeyriyyə təşkilatlarına rəhbərlik edirlər, ya da digər idarəedici strukturlarda yer alırlar. Çünki onlar vaxtlarını və pullarını dəyərli işlərə sərf etmək istəyirlər.
AZİNFORM.AZ xarici mətbuata istinadən həmin xanımlar barədə məlumatı təqdim edir:
Melinda French Gates - 130,5 milyard dollar
Bill və Melinda Qeyts 1994-cü ildə evləndilər və 2021-ci ilin mayında ayrıldılar. Birlikdə olarkən dünyanın ən böyük xeyriyyə təşkilatlarından birinə çevrilən "Bill və Melinda Qeyts" Fondunu qurdular. Qeyts 1996-cı ildə "Microsoft"da marketinq meneceri və sonra informasiya məhsulları üzrə baş menecer kimi çalışdı.
Priscilla Chan – 128 milyard dollar
Keçmiş pediatr və indiki xeyriyyəçi Priscilla Chan "Facebook"un ("META") qurucusu Mark Zukerberqlə evlidir. Onlar Harvardda oxuyarkən tanış olublar və 2012-ci ildə ailə qurublar. Onlar xeyriyyə işlərinə 4 milyard dollardan çox ianə ediblər. Hazırda 900 milyon dollarlıq bazar dəyəri olan "Facebook" səhminə sahibdirlər.
Miranda Kerr – 60 milyon dollar
Miranda Kerr "Victoria's Secret" mələyi kimi tanınan modeldir. O, "Snapchat"ın qurucusu və baş direktoru Evan Spiegel ilə evlidir. Kerr dünyanın ən çox qazanan modellərindən biridir. O, həmçinin "KORA Organics" adlı dəriyə qulluq şirkətinin rəhbəri və eynadlı kitabının müəllifidir.
Janet Cekson - 190 milyon dollar
Pop ulduzu və aktrisa Janet Cekson məşhur qardaşları ilə birlikdə çıxış edərək böyüyən və daha sonra da uğurlu solo sənətçiyə çevrilən bir ikonadır. O, 2010-cu ildə qətərli iş adamı Wissam Al Mana ilə tanış olub və 2012-ci ildə evləniblər. Onlar 2017-ci ildə rəsmi olaraq ayrılıblar. /qafqaz.info/