Dünyanın ən zəngin insanlarının sərvəti 1,4 trilyon dollar azaldı
1-07-2022, 23:33

Qlobal Mərkəzi Bankların inflyasiya ilə mübarizə apardığı bir mühitdə dünyanın ən zəngin insanlarının sərvəti qlobal birjalardakı itkilərlə birlikdə rekord səviyyədə azalıb.

AZİNFORM.AZ xəbər verir ki, "Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti 62 milyard dollar, "Amazon"un qurucusu Ceff Bezosun sərvəti 63 milyard dollar, "Meta"nın (Facebook) qurucusu Mark Zukerberqin sərvəti isə yarıbayarı azalıb.

Beləliklə, bu ilin birinci yarısında dünyanın ən zəngin 500 adamının sərvəti rekord səviyyədə - 1,4 trilyon dollar azalıb.

"Bloomberg Milyarderlər İndeksi"nə görə, İlon Maskın sərvəti bu dövrdə azalsa da, o, 208,5 milyard dollarla hələ də dünyanın ən zəngin insanıdır. Bu siyahıda ikinci yeri 129,6 milyard dollarla "Amazon"un qurucusu Ceff Bezos tutur. Mark Zukerberq 60 milyard dollarlıq sərvəti ilə bu siyahıda 17-ci yerdədir.





up