Türkiyədə yenə ZƏLZƏLƏ OLDU
4-03-2023, 14:50

Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb. Çelikhan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, bu, Türkiyə ərazisində bu gün baş verən ikinci zəlzələdir. Bundan əvvəl Antakyada 4,1 bal gücündə zəlzələnin baş verdiyi barədə xəbər yayılıb.





up