Türkiyədə yenə zəlzələ oldu
26-02-2023, 11:44

Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Zəlzələnin episentri Antakya şəhərindən 25 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 2 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.





up