Monqolustanda 5,6 bal gücündə zəlzələ baş verib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 844 min insanın yaşadığı paytaxt Ulan-Batordan 403 km cənub-qərbdə yerləşib. Zəlzələnin episentri 2 km dərinlikdə yerləşib.
Dağıntı və ya mümkün itkilər barədə məlumat verilməyib.