Hatay bir daha silkələndi...
24-02-2023, 01:00

Kahramanmaraş mərkəzli zəlzələlərin böyük dağıntılara səbəb olduğu Hatay bir daha sarsılıb.

AZİNFORM.AZ xəbər verir ki, saat 18.53-də Defne rayonunda yenidən zəlzələ baş verib. Həftə ərzində 6,4 və 5,8 bal gücündə baş verən zəlzələlər vətəndaşlarda təşviş yaradıb.

AFAD Defne rayonunda baş verən zəlzələnin maqnitudasının 5 bal olduğunu açıqlayıb.





up