Bayden Varşavadan gedərkən büdrəyib yıxıldı - ANBAAN VİDEO
22-02-2023, 21:48

ABŞ prezidenti Co Bayden Varşavadan uçarkən büdrəyərək yıxılıb.

AZİNFORM.AZ bu barədə "İzvesiya"ya istinadla xəbər verir.

Amerika lideri Polşaya iki günlük səfərindən sonra ABŞ-dakı Endryus Birgə Bazasına yollanıb.

Qeyd edək ki, bir gün əvvəl Bayden Varşavada polşalı həmkarı Anjey Duda ilə görüşüb. Liderlər ikitərəfli əməkdaşlıq və Ukraynaya dəstək məsələlərini müzakirə ediblər.






up