Kahramanmaraşda zəlzələdən zərər çəkən bir xəstəxanada zəlzələ zamanı inkubatorda körpələri qoruyan tibb bacılarının təhlükəsizlik kamera görüntüsü ortaya çıxıb. Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ zamanı şəhərdəki özəl xəstəxanalardan birində çalışan tibb bacıları özlərindən əvvəl inkubatorlarda olan körpələri qorumaq üçün hərəkətə keçib.
AZİNFORM.AZ xəbər verir ki, yenidoğulmuş körpələrin reanimasiya şöbəsinin təhlükəsizlik kamerasına əks olunan hadisədə zəlzələnin başlaması ilə tibb bacıları inkubatorlara üz tutub.
Körpələrin zərər görməməsi üçün tibb bacıları inkubatorları tutub zəlzələnin bitməsini gözləyirlər.